"AtaTexnologiya" MMC Vergilər Nazirliyinə vergi ödəyicilərinə SMS-bildirişlərin göndərilməsi üzrə xidmətlər göstərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
"Vergilər Nazirliyi bu ilin fevral ayında “AtaTexnologiya” ilə müqavilə bağlayıb. Müqavilə çərçivəsində şirkət vergi ödəyicilərinə SMS-bildirişlər göndərəcək”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 48,852 min manatdır.
“AtaTexnologiya” “AtaHolding”in strukturuna daxildir.*
A.Əzizov