“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 ədəd ÇME seriyalı teplovozun yenilənməsi üçün podratçı seçir. Bu barədə ADY-nin elanında deyilir.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, lazımi təcrübə, maliyyə vəziyyəti, müvafiq texniki və kadr imkanları və zəmanət müddəti.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Tender təklifləri 11 aprel 2017-ci il tarixinədək qəbul olunacaq. Təklif zərfləri aprelin 12-də açılacaq.*
N.Abbasova