2016-cı ildə bağlanan 10 bankın əmanətçilərinə ümumilikdə 725,525 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 120,433 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,161 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 976,44 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 54,356 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 43,175 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,771 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,086 mln. manatdan artıq kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,28 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,974 mln. manat kompensasiya ödənilib.
“Bank Standard”ın əmanətçilərinə isə 435,313 mln. manatdan çox kompensasiya ödənilib.**
N.Abbasova