Fevralın 21-də Sabunçu rayonunun Zabrat qəsəbəsində dönərxanada baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Partlayış nəticəsində yanğın olub.
«Xəsarət alan 5 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar», - deyə S.Əhmədova qeyd edib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir*
R.Babayev