“Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Sənədi Azərbaycan hökuməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi imzalayıblar.
“Qeyd olunan Ölkə Proqramı BMT Əhali Fondu ilə Azərbaycan hökuməti arasında dördüncü proqramdır. Fəaliyyət Planı üç nəticəyə istiqamətlənib: cinsi və reproduktiv sağlamlıq, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, əhalinin dinamikası”, - deyə məlumatda bildirilir.*
R.Babayev