Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 21-də Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfərdə məqsəd fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankarada keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir”, - deyə məlumatda bildirilir.
Səfər zamanı nazir E.Məmmədyarov bir sıra ikitərəfli görüşlər də keçirəcək.*
F.İsazadə