İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti İrana səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Biznes nümayəndələrinin daxil olduğu heyət 22-24 fevral tarixlərində İranın Ərdəbil və Urmiya şəhərlərində olacaq”, - deyə məlumatda deyilir.
Səfər çərçivəsində biznes forumlar keçiriləcək.
Bundan başqa, Azərbaycan və İranın işgüzar dairələri ikitərəfli görüşlər zamanı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. **
A.Əzizov