2016-cı ildə “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 100 istismar quyusundan həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.
«Hesabat ilində müqavilə blokunda 15 neft hasilat quyusu, 7 suvurma quyusu və 1 qaz-injektor quyusu qazılıb. 2016-cı ilin sonunda AÇG-də ümumilikdə 100 neft hasilat quyusu və 49 su-injektor quyusu istismarda olub. Hasilat quyularından 5-i BP-nin bütün dünya üzrə ən məhsuldar quyularının onluğuna daxildir», - deyə məlumatda bildirilir.
AÇG blokunun işlənməyə başladığı dövrdən indiyədək 3 mlrd. bareldən çox neft hasil edilib.
Xəbər verildiyi kimi, 2016-cı ildə ABƏŞ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 31,1 mln. ton neft hasil edib. **
N.Abbasova