Danimarka şirkətləri Azərbaycana, xüsusilə ASK sahəsinə sərmayələr yatırmağda maraqlıdır. Bu barədə Danimarkanın vergilər naziri Karsten Lauritsen bəyan edib.
“Bizim şirkətlər bir çox istiqamətlərdə, xüsusilə kənd təsərrüfatı sahəsində Azərbaycanda fəaliyyətdə maraqlıdır. Yaxın zamanda bu sahədə irəliləyiş gözlənilir”, - deyə K.Lauritsen “Vergilər” qəzetinə müsahibəsində bildirib.
O ümid edir ki, ötən həftə iki ölkə arasında qarşılıqlı vergitutmanın aradan qaldırılmasına dair imzalanan saziş Azətrbaycan iqtisadiyyatına Danimarka investisiyalarının artımına gətirəcək.
K.Lauritsen əlavə edib ki, hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcmi aşağı səviyyədədir. “Sazişin imzalanması Daniyada kiçik və orta şirkətlərin Azərbaycanla əməkdaşlığa marağı artıracaq”, - deyə nazir vurğulayıb. **
A.Axundov