Azərbaycanın gömrük orqanlarının əməkdaşları tərəfindən aksiz markası ilə markalanmayan 20 min ədəd siqaret müsadirə edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə-Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycan Respublikasının aksizi ilə markalanmamış 20 min ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb”, - deyə məlumatda deyilir. **
R.Babayev