Bakı Türkiyədə törədilən terror hadisələrindən ciddi şəkildə narahatdır və onları qətiyyətlə qınayır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
E.Məmmədyarov Ankarada Türk Şurasının təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak edir.
“Təəssüflər olsun ki, son zamanlar qardaş Türkiyədə törədilən terror hadisələri bizi ciddi şəkildə narahat edir və biz bu terror aktlarını qətiyyətlə qınayır və hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik”, - deyə nazir çıxışı bildirib.
E.Məmmədyarovun sözlərinə görə, terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorun bütün formada qəti şəkildə pisləyir. “Biz yaşadığımız bölgədə sülh, sabitlik, əmin-amanlığın təmin edilməsi üçün daim səylər göstəririk. Ölkəmiz terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir və öz töhfələrini əsirgəmir", - deyə nazir vurğulayıb.
E.Məmmədyarov dünyanın bir sıra ölkələrində artan islamofobiya ilə bağlı təəssüf edib. **
F.İsazadə