Bakı Əlcəzairdən turistlərin cəlb olunmasında maraqlıdır. Bu barədə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev bu ölkənin ictimai televiziyasına müsahibəsində deyib.
“Biz digər ölkələrdən turistlərlə yanaşı əlcəzairlilərin də Azərbaycana gələrək ölkəmizin əsrarəngiz təbiəti, gözəl xalqı, mədəniyyəti və ənənələri ilə tanış olmasında maraqlıyıq”, - deyə M.Əliyev qeyd edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfir vurğulayıb ki, hazırda Azərbaycan cəlbedici turizm ölkəsinə çevrilib.
“Ölkə prezidentinin müvafiq sərəncamına əsasən, turistlərin Azərbaycana səfəri ilə bağlı bürokratik maneəılər aradan qaldırılıb, bu da onlayn vuzanın əldə olunması prosesini kifayət qədər sadələşdirib”, - deyə diplomat bildirib.
M.Əliyev Bakı və Əlcəzair arasında siyasi əlaqələrin yüksək səviyyədə oluğunu vurğulayıb.
“Biz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkadşlıq edirik. Hökumət üzvləri və dövlət strukturlarının rəhbərləri ilə görüşlərim olub. Həmin görüşlərdə maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib”, - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, Azərbaycan rəhbərliyi Əlcəzairlə hərtərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. “Bizi Əlcəzairlə dini, mədəni və tarixi münasibətlər birləşdirir”, - deyə M.Əliyev bəyan edib. **
R.Babayev