SOCAR “Günəşli” yatağındakı quyunu aparılmış geoloji tədbirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
75 nömrəli quyu 19 saylı dərin dəniz özülündən qazılıb.
Quyu gündəlik 20 ton kondensat və 280 min kubmetr qaz hasilatı ilə istismara verilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.*
N.Abbasova