2017-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 141 mln. 363,8 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 164,8 min nəfər (artım 14,2%), dəniz nəqliyyatı ilə 1,2 min nəfər (artım 20%), hava nəqliyyatı ilə 146,7 min nəfər (azalma 28%), metro vasitəsi ilə 18 mln. 108,1 min nəfər (artım 8%) daşınıb.
Bu ilin yanvar ayında avtomobil nəqliyyatı vasitələri ilə 122 mln. 943 min sərnişin (artım 1,9%), avtobuslarla 118 mln. 587,2 min sərnişin (artım 1,9%), taksilərlə 4 mln. 355,8 min sərnişin (artım 3,1%) daşınıb.*
N.Abbasova