Erməni silahlı bölmələrinin artilleriya atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub”, - deyə məlumatda bildirilir.*
F.İsazadə