Azərbaycan Türkiyə ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, fevralın 22-də Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci iclası keçirilib.
İ.Quliyev tədbirdə bildirib ki, Azərbaycan kənd təsərrüfatı infrastrukturunun inkişafı, fermerlərə göstərilən dəstək, elektron kənd təsərrüfatının yaradılması və digər məsələlərlə bağlı Türkiyənin təcrübəsini öyrənməkdə maraqlıdır.
Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Əli Rəcəb Nazlı qeyd edib ki, Azərbaycan və Türkiyə mexanizasiya, toxumçuluq, heyvandarlıq, meyvəçilik və digər sahələrdə əməkdaşlıq münasibətləri quracaq.
Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi 1994-cü ildə yaradılıb. Komitənin 7-ci iclası 2014-cü ilin iyun ayında Ankarada keçirilib.*
A.Axundov