Vergilər Nazirliyinə bu günə qədər partnyor vergi ödəyicisi statusunu əldə etmək üçün vergi orqanlarına 585 müraciət daxil olub. Bu barədə nazirlikdən məlumat verilib.
“Müvafiq araşdırmalar aparıldıqdan sonra 443 vergi ödəyicisinin müraciəti müsbət həll olunub ki, onlardan da 194-ü Bakı şəhərində fəaliyyət göstərir”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, vergi sistemində “Yaşıl dəhliz prinsipi”nin tətbiqi məqsədilə 1 dekabr 2016-cı il tarixindən etibarən nazirlik vergi ödəyiciləri ilə yeni - partnyor ödəyicilər mexanizminin tətbiqinə başlayıb. **
A.Axundov