Azərbaycanda elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 24 mart 2017-ci il tarixindən etibarən gömrük rüsumundan azad ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.
Dəyişikliyə əsasən, “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. **
A.Əzizov