Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb. Bu barədə Fonddan məlumat verilib.
Nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcək.
AZPROMO Azərbaycanın biznes və investisiya mühitinin təbliği, yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılıb. 2005-ci ildə Fondun funksiyaları genişləndirilib və ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb. **
A.Əzizov