“Sumqayıt Kimya Sənaye Parkı” MMC 2017-ci il ərzində cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün auditor seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilir.
“Seçim kotirovka üsulu ilə həyata keçirilir. Auditor şirkətıərindən təkliflər martın 2-dək qəbul olunur”, - deyə məlumatda deyilir.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Hazırda 9 şirkət Parkın rezidenti statusuna malikdir. **
A.Əzizov