ABŞ kinematoqraflarınınXocalı soyqırımına dair ekranlaşdırdığı sənədli filmin Los Ancelesdə premyerası keçirilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundanməlumat verilib.
““Zülmətdən qaçarkən” adlı film Simon Vizental Mərkəzinin Tolerantlıq Muzeyində nümayiş etdirilib”, - deyə məlumatda bildirilir.
Filmin premyerasında Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, müxtəlif şəhərlərin merləri və şəhər şuralarının üzvləri, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin Los Anceles nümayəndəliyinin aparıcı əməkdaşları, Dövlət Departamentinin təmsilçiləri, xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, Los Ancelesin xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak edib.
Filmin istehsalçısı, Los Ancelesin “J-Connect” təşkilatının sədri Coş Kaplan qonaqlar qarşısında çıxış edib.*
R.Babayev