İtaliyanın «Finmeccanica» şirkəti bu gün Azərbaycan tərəfi ilə müdafiə sənayesi sahəsində saziş imzalayacaq. Bu barədə İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda məlumat verib.
«Bu gün Azərbaycan ilə İtaliyanın «Finmeccanica» şirkəti arasında müdafiə sənayesi sahəsində saziş imzalanacaq», - deyə o, Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, «Finmeccanica» şirkəti də daxil olmaqla 4 iri italyan şirkəti Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarında maraqlıdır və bu məqsədlə onların nümayəndələri Bakıda səfərdədir.
K.Kalendanın sözlərinə görə, bunlar İtaliyanın müdafiə sənayesi sahəsində ən iri şirkət olan “Finmeccanica” ilə yanaşı, «Danieli» metallurgiya şirkəti, fındıqçılıq üzrə aparıcışirkətolan «Ferrero» və «Telecom Italia Sparkle» telekommunikasiya şirkətidir.*
F.İsazadə