Fevralın 23-də prezident İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
B.Albayrak “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında iştirak etmək üçün Bakıda səfərdədir.
Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan prezident İ.Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirib.
Dövlət başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.
Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.*
R.Babayev