Azərbaycan Türkiyə iş adamlarına baytarlıq preparatlarının istehsalına sərmayə yatırmağı təklif edib. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə ASK sahəsində biznes forumunda bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan həm torpaqların ayrılması, həmçinin digər məsələlərdə iş adamlarına zəruri dəstək göstərməyə hazırdır.
“Biz ASK sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığına təkrar baxmaq, ixrac-idxal münasibətlərindən kənd təsərrüfatı məhsullarının istahsalı və emalı üzrə birgə layihələrin reallaşdırılmasına keçmək niyyətindəyik”, - deyə H.Əsədov vurğulayıb. **
A.Axundov