Azərbaycan Türkiyədən kənd təsərrüfatı texnikası almaaq niyyətindədir. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Apardığımız araşdırmanın nəticələrinə görə, biz Türkiyədən $30-50 mln. dəyərində kənd təsərrüfatı texnikası ala bilərik", - deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi kənd təsərrüfatı avadanlıqlarının tədarükü üzrə tenderlərdə Türkiyə şirkətlərinin iştirakını təmin edəcək.*
A.Axundov