Ötən gün Azərbaycan ərazisində baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 104 cinayət faktı qeydə alınıb, onların 52-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 153 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
R.Babayev