Azərbaycan prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında icra olunacağına əmindir.
"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələr yolverilməzdir”, - deyə İ.Əliyev bu gün Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında bəyan edib.
Preziednt qeyd edib ki, layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur.“Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. əticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", - deyə o bildirib.
İ.Əliyevin sözlərinə görə, layihə çərçivəsində nəzərdə tutulan işlər vaxtında və keyfiyyətlə icra olunur.
Dövlət başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib. Həmçinin, TANAP və TAP qaz kəmərlərinin inşası uğurla gedir.
Prezident bəyan edib ki, Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” yatağı ilə kifayətlənmir. “Abşeron” yatağı da iri həmcdə qaz ehtiyatlarına malikdir.
“Erneji təhlükəsizliyinin təminatı məsələləri mühüm əhəmiyyət kəsb edir, çünki bu milli təhlükəsizyin təminatı deməkdir. “CQD” layihəsinin icrası çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə sız əməkdaşlıq edir”, deyə dövlət başçısı vurğulayıb. **
F.İsazadə