Türkiyənin Bakıdakı səfirliyi nəzdində ASK sahəsi üzrə xüssui nümayəndə fəaliyyətə başlayacaq. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuat konfransında bildirib.
“Türkiyə tərəfi ilə Azərbayacana kənd təsərrüfatı məsələləri üzrə xüsusi nümayəndənin təyinatına dair razılığa gəlmişik. Yaxın zamanda Türkiyənin kənd təsərrüfatı nazirinin yardımçılarından biri xüsusi nümayəndə qismində fəaliyyətə başlayacaq”, - deyə H.Əsədov vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında hazırda ölkələrin idxal etdiyi ASK məhsulunun qarşılıqlı ixracı məsələləri müzakirə edilir.
“Azərbaycan Türkiyəyə tütün, pambıq, gön-dəri məhsulları ixrac edə bilər”, - deyə nazir əlavə edib. **
A.Axundov