Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hesab edir ki, Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, G.Kvirikaşvili prezident İ.Əliyevə telefonla zəng edib.
“Gürcüstanın baş naziri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb”, - deyə məlumatda deyilir.
Söhbət zamanı İ.Əliyev və G.Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Bundan başqa, prezident və baş nazir gələcək təmaslar və səfərlər barədə də danışıblar. **
A.Əzizov