Avropa maliyyə qurumları “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinə maliyyə dəstəyi göstərməlidir. Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.
«CQD layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Bu layihənin Avropa üçün nə dərəcədə vacib olduğu hamımıza məlumdur. Avropanın maliyyə qurumları bu layihəyə diqqət ayırmalıdır», - deyə o, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxışı zamanı bildirib.
Vitse-prezident layihənin vaxtında həyata keçiriləcəyinə əminlik ifadə edib.
Prezident İlham Əliyev də Avropa maliyyə qurumlarının layihənin reallaşdırılmasında iştirakının vacibliyini diqqətə çatdırıb.
«Bu layihə XXI əsrin layihəsidir. Avropa maliyyə qurumlarının bu layihədə iştirakı çox vacibdir», - deyə dövlət başçısı qeyd edib.*
F.İsazadə