2016-cı ildə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ambulator qaydada 3 mindən çox xəstən müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Ötən il ərzində Toksikologiyanın stasionar şöbəsinə 2200 xəstə qəbul olunub. Bunlardan 800 nəfər - dərman, 500 nəfər - dəm qazından zəhərlənib”, - deyə məlumatda deyilir.
300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar daxil olub. “90 xəstə ilan sançması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib”, - deyə nazirlik vurğulayıb. **
R.Babayev