Fevralın 27-də Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçiriləcək.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
"Qurultayda AAK prezidenti Samira Patzer-İsmailovanın ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcək. Bundan başqa, AAK-ın rəhbər orqanlarına seçkilər keçiriləcək, konqresə yeni üzv-təşkilatların qəbulu, Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərə baxılacaq”, - deyə məlumatda qeyd olunur.
V Qurultayda 27 ölkədən 91 nümayəndə iştirak edəcək.
AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Avropa Azərbaycanlıları Konqresində Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.*
A.Əzizov