Azərbaycan hazırda erməni işğalı altında olan bütün torpaqlarını gec-tez azad edəcək. Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
«Gec ya tez torpaqlarımızı işğaldan azad edəcəyimizə əminik. Xalqımız Xocalı soyqırımını və digər cinayətləri heç vaxt unutmayacaq. Bu faciələr yaddaşımızdan silinməyəcək. İnanırıq ki, bu qanlı əməlləri törətmiş cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcəklər», - deyə o, bu gün Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş plenar iclasda bildirib.
Parlament sədri qeyd edib ki, "Azərbaycan öz ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq”.
Deputatlar Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.*
R.Babayev