Azərbaycan və İran İslam Respublikasının Ərdəbil əyaləti ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevinin rəhbərliyi ilə nümayəndə heyətinin Ərdəbilə səfəri zamanı Ərdəbillə ölkəmiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, Azərbaycan-İran əlaqələri, birgə layihələrin reallaşdırılması imklanları müzakirə olunub.
İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşlər zamanı Ş.Mustafayev qeyd edib ki, 2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 70% artıb.
“İki ölkə arasında 2017-ci ildə avtomobil nəqiyyatı ilə beynəlxalq yükdaşımalarına qarşılıqlı icazələrin sayının 10 minə qədər artırılması, o cümlədən tranzit xərclərinin $160-dan $100-dək azalmasına dair razılıq əldə olunub. Bu ölkərimizin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır”, - deyə Ş.Mustafayev.
Onun sözlərinə görə, Azərbaycan və İranın Ərdəbil əyaləti ASK, qida sənayesi, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq üçün imkanlara malikdir.
Nazir qeyd edib ki, Azərbaycan kartofçuluq, ət-süd məhsulları və meyvə istehsalı, emalı və tədarükü sahəsində əyalət ilə əməkdaşlığa hazırdır.
Bundan başqa, Ş.Mustafayevin sözlərinə görə, Ərdəbildən olan şirkətlər də daxil olmaqla İran şirkətləri Azərbaycanın Aktauda logistik mərkəzin imkanlarından istifadə edə bilərlər. Həmçinin Azərbaycanda yaradılan sənaye parkları və aqroparklara sərmayə yatırmaq imkanına malikdirlər.
M.Vaezi iki ölkə arasında qarşılıqlı ticarət dpvriyyəsinin artımını müsbət qiymətləndirib və qeyd edib ki, banklararası əlaqələrin genişləndirilməsi ikitərəfli ticarət əlaqələrini daha da genişləndirəcək. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.
M.Xudabəxş öz növbəsində Azərbaycanla Ərdəbil vilayəti arasında turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. **
N.Abbasova