Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mart ayında Rusiyaya səfər edəcək.
“Mart ayında Rusiyaya rəsmi səfərin planlaşdırılır. Rusiyalı həmkar Sergey Lavrovla görüş zamanı ikitərəfli münasibətlər qiymətləndiriləcək”, - deyə E.Məmmədyarov bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər zamanı Rusiya hökumətinin üzvləri və Dövlət Dumasında görüşlər keçiriləcək. **
O cümlədən, E.Məmmədyarov RusiyaXİN yanındaDiplomatik Akademiyada mühazirə ilə çıxış edəcək. **
F.İsazadə