Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini “ölü nöqtə”dən tərpətmək lazımdır, bu məsələ Rusiya tərəfi ilə müzakirə olunacaq. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Martda Rusiya tərəfi ilə keçiriləcək görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq. Aydındır ki, münaqişəni bir gecəyə həll etmək olmaz. Ancaq biz prosesi “ölü nöqtə”dən tərpətməliyik”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, "münaqişəni necə həll etmək lazım olduğunu hamı bilir. Artıq plan da var”.
“Münaqişənin həlli prosesini “ölü nöqtə”dən tərpətmək üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.*
F.İsazadə