ATƏT-in Minsk Qrupunun həmsədrlərimart ayında regiona səfər edəcəklər. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Həmsədrlər martda regiona səfər edəcəklər. Dünən rusiyalı həmsədr və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikilə söhbət etmişəm”, - deyə E.Məmmədyarov bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, həmsədrlərin regiona səfəri ilə bağlı bəzi texniki məqamlar var. “Səfərin tarixini bizimlə və Ermənistan tərəfi ilə razılaşdırmaq lazımdır”, - deyə nazir vurğulayıb. **
F.İsazadə