Bakı Cibutini Afrika ölkləri ilə mərkəz kimi qiymətləndirir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Biz Cibutini Afrika qitəsinə körpü qismində qiymətləndiririk. “Silkway”şirkətinin yük daşımaları yalnız ikitərəfli əsasda əməkdaşlıq üçün nəzərdə tutulmayıb. Biz Cibuti vasitəsilə digər ölkələrə çıxış imkanı əldə edirik. AZAL və liman rəhbərliklərinin maraqları məhz bundan ibarətdir”, - deyə nazir Bakıda mətbuat konfransında bildirib.
Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf öz növbəsində ii ölkə arasında suyasi əlaqələrin səviyyəsini yüksək qiymətləndirib. O vurğulayıb ki, azərbaycanlı həmkarı ilə iqtisadi əməkdaşlıq məsələləri üzərində işləyəcək. “Siayasi əlaqələr nə qədər möhkəm olsa da, iqtisadi əsasda qurulmalıdır”, - deyə M.Yusuf qeyd edib.
O vurğulayıb ki, Bakı və Cibuti arasında yük daşımalarına dair Anlaşma Memorandumunun imzalanması üzrə danışıqları artıq başa çatrıb. Yaxın zamanda investiyaların qorunması və ikiqat vergitutmadan azad olunamya dair saziş imzalamaq lazımdır. Bu, biznes birliyinə işləyib və gəlir əldə edəcəklərinə dair zəmanət verəcək”, - deyə M.Yusif qeyd edib. **
F.İsazadə