Moskva sabit, müstəqil və güclü Azərbaycanda maraqlıdır. Bu sözləri Rusiyanın Bakıdakı səfirliyinin müşavir-elçisi Oleq Muraşov deyib.
"Rusiya cənub sərhədlərində etibarlı arxaya malik olmaq istəyir və buna görə biz güclü, müstəqil və sabit Azərbaycanda maraqlıyıq", - deyə o, fevralın 24-də Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfransda bildirib.
Müşavirin sözlərinə görə, Bakı və Moskva arasındakı münasibətlərdə keçmiş ayırmır, əksinə, birləşdirir. "Rusiya-Azərbaycan münasibətlərinin modeli milli maraqlara söykənir, eləcə də regional və qlobal təhlükəsizliyə və sabitliyə xidmət edir", - deyə o vurğulayıb.
Rusiya prezidentinin rəsmi nümayəndəsi Sergey Markov Azərbaycan-Rusiya münasibətlərinin müsbət inkişaf tendensiyasına malik olduğunu qeyd edib. “Moskva və Bakının münasibətlərində müsbət inkişaf müşahidə olunur və bu münasibətləri dərinləşdirmək üçün geniş imkanlar var", - deyə o vurğulayıb.*
R.Babayev