ATƏT-in Minsk Qrupunun həmsədrləri neytral zonada qalan bəzi cəsədlərin evakuasiyasının təmin edilməsi məqsədilə təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə çağırıblar. Bu barədə həmsədrlərin təmas xəttində baş verən toqquşma ilə bağlı bəyanatında deyilir.
“Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb”, - deyə Riçard Hoqland (ABŞ), İqorğ Popov (Rusiya) və Stefan Viskontinin (Fransa) bəyanatında vurğulanır. **
R.Babayev