Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva qeyd edir ki, bu vəzifədə ölkədə sosial problemlərin həlli ilə məşğul olacaq.
“Mənim istəyim, sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli ilə məşğul olmaqdır”, - deyə M.Əliyeva Dmitri Kiselyovun “Vesti nedeli” proqramına müsahibəsində bəyan edib.
M.Əliyevanın sözlərinə görə, onu vitse-prezident postuna təyin etmək Azərbaycan prezidentinin şəxsi təşəbbüsü olub.
“Əlbəttə, uzun illər boyu mənim nəinki onun həyat yoldaşı, həm də, deyə bilərəm ki, köməkçisi olmağım da rol oynayıb”, - deyə M.Əliyeva qeyd edib.
“Əsas şübhələrim, üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən necə gələcəyimlə bağlı olub”, - deyə o əlavə edib. **
F.İsazadə