Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva müxalifətin konstruktiv tənqidini dinləməyə hazırdır.
“Mən sağlam və konstruktiv tənqidi dinləməyə hazıram. Hökumətə qarşı müxalifətdə olmaq mümkündür, lakin xalqına qarşı bunu etmək lazım deyil. Bu ən dəhşətli məqamdır”, - deyə M.Əliyeva Dmitri Kiselyovun “Vesti nedeli” proqramına müsahibəsində vurğulayıb.
O qeyd edib ki, əsas vəzifəsi tənqid üçün səbəblərin azalmasına nail olmaqdır. “Mənim vəzifəm, belə deyək, əhalinin ən tənqid edən təbəqəsi tərəfindən obyektiv tənqid üçün əsasların azalımasından ibarətdir”, - deyə M.Əliyeva əlavə edib. **
F.İsazadə