Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 27-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7475 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8466 manat/1EUR səviyyəsində müəyyənləşdirilib.
AMB fevralın 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0301 manat/1RUB müəyyən edib.*
N.Abbasova