2017-ci ildə, Azərbaycanın bank sektoruna dəstək lazım olacaq. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər.
“Ehtimal ki, 2017-ci ilodə gələcəkdə dəstək lazım olacaq. Bu dəstək əsasən ARDNF-in vəsaiti hesabına təmin olunacaq. Həmçinin dövlət bu il ərzində Azərbaycan Beynəlxalq Bankına əlavə dəstək təmin edəcək”, - deyə agentlikdən bildiriblər.
“Fitch” qeyd edir ki, 2015-ci il devalvasiyalar və 2016-cı ildə iqtisadi tənəzzüldən sonra Azərbaycanın bank sektoru kifayət qədər zəifləyib.
“2016-cı ildə Maliyyə Bazarlatına Nəzarət Palatası 10 bankı bağlayıb və ölkənin ən iri bankı ABB-nin təkrar strukturlaşmasını davam etdirib. Sektorun bütün aktivlərinin 30%-i bu bankın payına düşüb”, - deyə məlumatda deyilir.
“Fitch” vurğulayır ki, 2016-cı ilin yekunları üzrə Azərbaycnda bankların ümumi portfelində qeyri-işlək kreditlərin payı 21%-ə çatıb. Agentlik bu rəqəmin natamam olduğunu ehtimal edir. Məlumata əsasən, ötən ilin yekunlarına dair, bütün sektor üzrə kapitalın adekvatlıq əmsalı 7,6% təşkil edib (minimal norma 10%). **
A.Axundov