2016-cı ildə Azərbaycanda sığortaçılar sığorta haqları 486 mln. 74 min manat təşkil edib, bu da 2015-ci ilin göstəricisindən 9,7% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Hesabat ili ərzində həyat sığortası üzrə sığortaçıların haqları 146 mln. 538 min manat təşkil edib (artım 25,8%).
2016-cı ildə sığortaçıların ödənişləri 237 mln. 250,616 min manat təşkil edib (artım 31,6%).
Bu dövrdə həyat sığortası üzrə sığortaçıların ödənişləri 94 mln. 979 min manat təşkil edib (artım 84,84%). **
A.Axundov