2016-cı ildə Azərbaycana 376,4 min ton sement və klinker idxal edilib ki, bu da 2015-ci ilin göstəricisindən 21,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə ümumilikdə $17 mln. 915,5 min dəyərində (аzаlma 39,2%) sement və klinker idxal olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2016-cı ildə Azərbaycana $51 mln. 602,6 min dəyərində (azalma 25%) 166,9 min ton mineral gübrə (artım 9,7%) idxal edilib.
Hesabat ilində ölkəyə $176 mln. 650,7 min dəyərində 291,1 min ton metalyayma məhsulu (artım 4%), $43 mln. 601,8 min dəyərində 97 min 736,4 ton qara metaldan hazırlanan çubuqlar (azalma 63,1%), $20 mln. 400,8 min dəyərində 28 min 392,1 ton qara metaldan hazırlanan günyə (azalma 39,2%), $446 mln. 943,2 min dəyərində 233,7 min ton qara metaldan hazırlanan boru (azalma 53,9%) idxal edilib.*
N.Abbasova