Azərbaycanda 12 min manat pul və 35 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 12 min manat pul və 35 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elmin Əlizadə tutulub, daha 1 nəfər isə müəyyən edilib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə