Ermənistan silahlı qüvvələrinin təxribatların qarşısını alarkən həlak olan beş azərbaycanlı hərbçinin nəşləri döyüş meydanından təxliyə edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib”, - deyə məlumatda deyilir. **
F.İsazadə