Prezident İlham Əliyev və Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev 26-27 fevral tarixlərində Dohada rəsmi səfərdə olub.
“Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğulayıb ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.*
F.İsazadə