ABŞ-ın Nevada ştatının qubernatoruBrayən SandovalXocalı faciəsinə dair bəyanat imzalayıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
“Bəyanatda Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önəmi vurğulanır”, - deyə məlumatda bildirilir.
Bu bəyanat Nevada ştatının qubernatoru tərəfindənXocalı faciəsinə dair imzalanmış ilk rəsmi sənəddir.*
R.Babayev